EN

Dünyanın nizamı Rusiya olmadan qurula bilməz Putin

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın NATO-ya hücum planlaşdırması ilə bağlı iddialar cəfəngiyyatdır.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında belə deyib. O bildirib ki, Rusiyanın NATO-ya hücum etməyi planlaşdırdığına inanmaq mümkün deyil, lakin Qərb Avropadakı insanları buna inandırmağa çalışır. Putin bəyan edib ki, Avropa Rusiya ilə bağlı siyasətindən istifadə edərək, sarsılan birliyini gücləndirmək istəyir. Putin, “Avropa ölkələri əvvəllər olduğu kimi parçalanmanın öhdəsindən gəlmək və sarsılan birliklərini gücləndirmək istəyirlər. Lakin bunu daxili problemləri həll etməklə deyil, düşmənin imicini artırmaqla edirlər. Bu, köhnə üsuldur” - deyə bildirib.

Putinin sözlərinə görə, Rusiya dünya üçün vacib ölkədir:

“Bizi dünya sistemindən kənarlaşdırmaq istəyirdilər, lakin Rusiya bu sistemdən çıxmayacaq, çünki bu, universal tarazlığın həlledici komponenti kimi vacibdir. Təkcə ərazisinə, əhalisinə, müdafiə, texnoloji və sənaye potensialına və ya təbii sərvətlərinə görə deyil - bütün bu amillər, əlbəttə ki, çox, çox vacibdir, lakin ən əsası, dünyanın nizamı Rusiya olmadan qurula bilməz".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
1
metbuat.az

10Sources