AZ

Putin İsveç və Finlandiyanın NATO-ya daxil olmasını axmaqlıq adlandırıb

İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması axmaqlıqdır.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 2-də "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib.

Rusiya Prezidenti qeyd edib ki, Rusiyanın nə Finlandiya, nə də İsveçlə münasibətlərində heç vaxt problem olmayıb. Finlandiya həmişə bir çox rus turistini qarşılayıb və bir çox Rusiya vətəndaşı hətta orada əmlak alıb.

"Bizim İsveçlə, nə də Finlandiya ilə heç vaxt problemimiz olmayıb. Heç bir problem yoxdur. Helsinkidə mərkəzi mağazalarda hər şeyi sərbəst şəkildə rubla ala bilərdiniz. Hətta üç il əvvəl insanlar Helsinkiyə gedib-gəlir, rubl çıxarır, pul ödəyə bilirdilər, vəssalam. Finlandiyanın həmsərhəd bölgələrində bütün lövhələr rus dilində idi və Böyük məmuniyyətlə rus dilində danışanlar otellərdə işə götürülürdü, Ticarət mərkəzlərində də rus dili bilənləri işə götürürdülər.”, - Putin deyib.

QAZİLER.AZ

 

 

Seçilən
22
14
qaziler.az

10Mənbələr