Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər iki dəfə rədd edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.
Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".