EN

Mirzoyan: Ermənistan bu sənədi mümkün qədər tez imzalamağa hazırdır

Ermənistan Azərbaycanla əlaqələrin qurulması və bərpasında çox maraqlıdır, çünki o bundan əsas faydalanan tərəflərdən biridir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” kanalına verdiyi müsahibədə bildirib.

“Dəmir yolu əlaqəsindən danışsaq, ekspertlərin qiymətləndirməsinə görə, onun tikintisi, məsələn, ən azı iki il vaxt ala bilər. Amma biz, məsələn, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə edərək, yükləri göndərib qəbul edə bilərik”, – Mirzoyan qeyd edib.

O vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsinin mətni artıq paraflanıb və Ermənistan tərəfi bu sənədi mümkün qədər tez imzalamağa hazırdır.

Chosen
12
12
tribunainfo.az

10Sources