EN

Norveçin İtkin düşən 5 hərbçisi Rusiya ilə sərhəddə tapılıb

Norveçin Finnmark bölgəsində, Rusiya sərhədi yaxınlığında keçirilən hərbi təlimlər zamanı itkin düşən son beş hərbçi tapılıb.

Bu barədə “NRK” məlumat yayıb.

Məlumata görə, təlimlər başa çatdıqdan sonra 7 nəfər hərbiçi toplanma yerinə vaxtında gəlməyib və onlarla əlaqə kəsilib.

Axtarışlara xilasedicilər, polis, silahlı qüvvələr və Qızıl Xaç cəlb edilib.

Bildirilir ki, ilk olaraq 2 nəfər gecə saatlarında helikopterlə aşkar edilib. Qalan 5 nəfəri isə səhər saatlarında tapmaq mümkün olub.

APA

Chosen
23
5
herbiand.az

10Sources