EN

Naxçıvanda kütləvi futbol festivalı keçirilib

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AFFA-nın təşkilatçılığı, UEFA və “EA Sports” şirkətinin dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Naxçıvan mərkəzi stadionunda 10-13 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov, Naxçıvan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Taleh İbrahimov, Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini Gülxanım Orucova, Naxçıvan Təhsil Nazirliyinin nümayəndəsi Səfər Tağıyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara xoş arzularını çatdırıb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Naxçıvan Futbol Federasiyasının və AFFA-nın rəsmi şəxsləri birlikdə təqdim ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
8
futbolpress.az

9Sources