EN

Ukrayna Orenburqdakı neftayırma zavodunu vurdu VİDEO

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Federasiyasının Orenburq vilayətində yerləşən Orsknefteorgsintez (Orsk) neftayırma zavodu Ukrayna ordusunun döyüş dronlarının hədəfinə çevrilib.

“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, obyektə ən azı iki uzun mənzilli “Liutyi” (Fierce) tipli PUA ilə zərbə endirilib. Zavod Rusiya-Ukrayna sərhədindən təxminən 1400 kilometr uzaqlıqda yerləşir ki, bu da Ukraynanın son aylarda inkişaf etdirdiyi uzunmənzilli pilotsuz uçuş texnologiyasının imkanlarını nümayiş etdirir.

Rusiya tərəfi hücumu təsdiqləsə də, zavodun fəaliyyətində ciddi fasilə yaranmadığını iddia edir. Lakin müstəqil mənbələr Orsk neftayırma müəssisəsinin zərər gördüyünü bildirirlər. Zavodun illik emal gücü təxminən 6,6 milyon ton neft təşkil edir və burada benzin, dizel, bitum və yağlar da daxil olmaqla müxtəlif neft məhsulları istehsal olunur.

Qeyd edək ki, Ukrayna son aylarda Rusiyanın dərin arxa cəbhəsində yerləşən enerji və yanacaq infrastrukturunu hədəf alır. Bu, həm Rusiyanın hərbi-logistik təminatına zərbə vurmaq, həm də ölkənin iqtisadi resurslarını zəiflətmək məqsədi daşıyır.

Hadisə ilə bağlı insan tələfatı barədə rəsmi məlumat açıqlanmayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
50
azpolitika.info

10Sources