AZ

Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirib

Ukraynanın Təhlükəsizlik Xidmətinin "A" Mərkəzi Xüsusi Əməliyyatlar Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) 1 400 km məsafədə Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən "Orsknefteorgsintez" neft emalı zavoduna zərbə endiriblər.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki bir mənbə "İnterfax-Ukrayna" agentliyinə məlumat verib.

Məlumata görə, zavodda təxliyə elan olunub. Orskın yerli hökuməti sakinləri sakit qalmağa çağırıb.

Ukraynanın Təhlükəsizlik Xidmətindən vurğulanıb ki, Rusiyanın neft-qaz infrastrukturuna zərbələr bu ölkənin iqtisadiyyatını zəiflətməyə yönəlib:

"Artıq Rusiya neft emalı zavodlarının təxminən 40 %-i fəaliyyət göstərmir və biz bu göstəricinin artırılması üzərində çalışacağıq".

"Cebheinfo.az" 

Seçilən
17
50
cebheinfo.az

10Mənbələr