AZ

Ukrayna zərbə dronları ilə Orenburq vilayətindəki neft emalı zavoduna hücum edib

ain.az bildirir, Oxu.az portalına istinadən.

Ukraynanın zərbə dronları Rusiyanın Orenburq vilayətində, Ukrayna ilə sərhədin 1400 kilometrliyində yerləşən "Orsknefteorqsintez" neft emalı zavoduna hücum edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "RBK Ukrayna" yayıb.

Bildirilir ki, Orsk təyyarə tipli zərbə dronlarının hücumuna məruz qalıb. İlkin məlumata görə, ən azından iki dron şəhərə düşüb və həyəcan siqnalı eşidilib.

Şəbəkədə yerləşdirilmiş kadrlarda tüstünün qalxdığı görünür və partlayış səsləri eşidilir. Zavodda təxliyənin başlamasına dair məlumatlar var.

Qeyd edək ki, sözügedən zavod ildə təqribən 6.6 milyon ton neft emal edir, habelə benzin, dizel yanacağı, aviasiya kerosini, mazut, bitum və müxtəlif növ yağlar istehsal edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
50
oxu.az

10Mənbələr