EN

“Saloğlu”nun əməkdaşları saxlanıldılar – Onminlərlə manat mənimsəmə

Azərbaycanda fəaliyyət göstərən şirkətin üç əməkdaşı məsuliyyətə cəlb olunub.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, “Saloğlu Kommersiya” MMC-nin əməkdaşları Məhəmməd Məmmədov, Gülşən Xəlifəyeva və Nicat Həbibov adıçəkilən şirkətin 179 min manatını mənimsəməkdə təqsirləndirilirlər.

Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslərdən Nicat Həbibov və Gülşən Xəlifəyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qərarı ilə digər təqsirləndirilən Məhəmməd Məmmədov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Chosen
14
6
konkret.az

8Sources