EN

Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək

Oktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən həmin ölkənin baş nazirin müavini Aleksey Overçuk, İran tərəfini isə nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.

Chosen
21
11
demokrat.az

10Sources