1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramiz Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Xankişiyev 5 il azadlıqdan məhrum edilib. Hökmə görə, o, 3 il avtomobil idarə etmək hüququndan məhrum olunub.
Xatırladaq ki, hadisə ötən il baş verib. "Hyundai" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.
Samir Əli