EN

DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib etdi

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıbBelə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Faktla bağlı araşdırma aparılır.***Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Metbuat.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Chosen
6
27
metbuat.az

10Sources