AZ

Su İdman Kompleksi yaxınlığında qəza Yenilənib

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Teleqraf.com”a istinadən xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın cinsli) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
27
qafqazinfo.az

10Mənbələr