Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Su İdman Kompleksi qarşısında qeydə alınıb.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın cinsli) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.