EN

Əlisəmid Kürün vəziyyəti ağırlaşdı, evinə aparıldı

Şair Əlisəmid Kürün (Cəfərli) vəziyyəti ağırlaşıb və o, xəstəxanadan evə gətirilib.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı Aynur Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti hazırda ağırdır.

“Bu gün evə buraxılıb, vəziyyəti ağırdır”, – deyə o bildirib.

Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.

TƏBİB-dən bildirilib ki, şair Əlisəmid Kür bu gün ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Qeyd edilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu: “Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib, eləcə də yanaşı xəstəlikləri ilə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub”.

 

Chosen
16
6
heftelik.az

10Sources