Şair Əlisəmid Kürün (Cəfərli) vəziyyəti ağırlaşıb və o, xəstəxanadan evə gətirilib.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı Aynur Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, atasının vəziyyəti hazırda ağırdır.
“Bu gün evə buraxılıb, vəziyyəti ağırdır”, – deyə o bildirib.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
TƏBİB-dən bildirilib ki, şair Əlisəmid Kür bu gün ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb.
Qeyd edilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu: “Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib, eləcə də yanaşı xəstəlikləri ilə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub”.