EN

Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir (FOTO)

Bakı. Trend:

Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkilolunub.

Trend xəbər verir ki,oktyabrın 4-ü Şamaxının Meysəri kəndində başlayan festival iki gündavam edəcək.

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Barbekü FestivalıŞamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora”restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun(Don David) dəstəyi ilə təşkil olunub.

Festivalda 30-dan çöx ölkədən məşhur şeflər - Dünya BarbeküAssosiasiyasının (WBQA) prezidenti Villem Vink (Willem Vink), DünyaBarbekü Assosiasiyasının baş hakimi Kristofer Sandford (ChirstopherSandford), Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmişprezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler(Thomas Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmışşef-aşpazlar, bir çox ölkələrin kulinariya assosiasiyalarınınprezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar,kulinariya hakimləri iştirak edir.

Festivalın açılış mərasimində beynəlxalq kulinariya hakimiSahib-David İsrafilov (Don David), Dünya Barbekü Assosiasiyasının(WBQA) prezidenti Villem Vink, Dünya Aşpazlar Assosiasiyasının(WACS) vitse-prezidenti Uve Fridrix Herbert Mişel (Uwe FriedrichHerbert Micheel) festival qonaqlarını salamlayıb, festivalınməqsədi barədə danışıblar.

Möhtəşəm barbekü təqdimatları ilə yadda qalacaq bu beynəlxalqtədbirin əsas məqsədinin mədəni mübadiləni gücləndirmək, eləcə dəAzərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərinidünyaya tanıtmaq olduğunu bildirən çıxışçılar ziyarətçilərə xoşhəftəsonu arzulayıblar. Sonra qonaqlar qurulan pavilyonlardamüxtəlif mədəniyyətlərin mətbəxi ilə tanış olublar və fərqlitəamları dadıblar.

Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanınmüxtəlif ölkələrini təmsil edən peşəkar şeflər dünya mətbəxininzənginliyini təqdim eidb. Qurulan pavilyonları gəzən qonaqlarayrı-ayrı restoran və brendlərin təqdimatları ilə tanışolublar.

Şef-aşpazlar uşaqlar üçün ustad dərsləri də keçib. Əyləncəşəklində təşkil edilən həmin ustad dərsləri zamanı mətbəxinkralları sayılan kulinarlar azyaşlılarla birgə burgerlərhazırlayıb.

Festival zamanı komandalar arasında yarış da təşkil olunub. Hərkomanda onlara verilən resept üzərində yemək bişirib. Yarışda dad,bişirmə dərəcəsi və təqdimat forması üzrə fərqlənən komandalarsertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilənəsas kubok uğrunda mübarizə aparıb.

Gün ərzində festivalın səhnəsində müxtəlif musiqiçilərin ifalarısəslənib. Ziyarətçilər dadlı təqdimatları yerli və xaricikompozisiyalar fonunda izləyiblər.

Festival oktyabrın 5-də davam edəcək.

Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Chosen
11
12
az.trend.az

10Sources