"İsrail Qəzzada bütün girovların azad edilməsi üçün danışıqların aparıldığı müddətdə hücumlara ara verir".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail gecikmələrə dözməyəcək.
"Üstəlik, girovların azad edilməsindən sonra İsrail istər diplomatik, istərsə də hərbi yolla HƏMAS-ın tərksilah edilməsinə və Qəzzanın demilitarizasiyasına nail olmaq niyyətindədir", - Baş nazir əlavə edib.