İsrail girovların azad edilməsi üçün danışıqların aparıldığı müddətdə hücumlara fasilə verir.
NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Girovların azad edilməsindən sonra istər diplomatik, istərsə də hərbi yolla HƏMAS-ın tərksilah edilməsinə və Qəzzanın demilitarizasiyasına nail olmaq niyyətindəyik”, – baş nazir qeyd edib.
Netanyahu həmvətənlərinə televiziya ilə müraciətində Qəzza zolağı üçün sülh planının təfərrüatını yekunlaşdırmaq üçün Misirə danışıqlar qrupunun göndərilməsinə razı olduğunu təsdiqləyib.