BAKI, 4 oktyabr. TELEQRAF
"İsrail Qəzzada bütün girovların azad edilməsi üçün danışıqların aparıldığı müddətdə hücumlara ara verir".
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail gecikmələrə dözməyəcək.
"Üstəlik, girovların azad edilməsindən sonra İsrail istər diplomatik, istərsə də hərbi yolla HƏMAS-ın tərksilah edilməsinə və Qəzzanın demilitarizasiyasına nail olmaq niyyətindədir", - baş nazir əlavə edib.