EN

Paşinyan Göyçə gölündə kabab çəkdi, ermənilər qəzəbləndi

Ermənistanın baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı növbəti dəfə yerli medianın gündəminə gəlib.

Publika.az xəbər verir ki, o, özünün Facebook səhifəsində villasından çəkilən görüntüləri paylaşıb. Paşinyanın kabab qonaqlığı verməsi sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb. Kimisi Nikolun heç şişə düzgün ölçüdə ət keçirə bilmədiyini yazıb, bəzi fəallar isə ölkədə sosial problemlərin artması fonunda Ermənistan rəhbərinin həyat yoldaşı üçün kabab məclisi təşkil edib bunu nümayiş etdirməsini düzgün addım saymayıb.

"Mamul" nəşri yazıb ki, görüntülər Paşinyanın Göyçə gölündəki bağ evindən lentə alınıb.

Paşinyan videoda "Anna Çindən gəlib və o şaşlıq istədi" deyir.

Tural

Chosen
15
4
publika.az

6Sources