Çinli həkimlər ölkənin cənubundakı Quanqdonq əyalətində çikunqunya virusuna 3181 yeni yoluxma qeydə alıblar.
Aznews.az xəbər verir ki, bu barədə Regional Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (RCDC) məlumat yayıb.
Sentyabrın 21-dən 27-dək Quanqdonda bu virusa 3153, sentyabrın 14-dən 20-dək isə 2426 yeni yoluxma halı aşkar edilib.
Viruslar sentyabrın 28-dən oktyabrın 4-dək müəyyən edilib. Xəstəlik yalnız ağcaqanad dişləməsi zamanı ötürülür. Odur ki, bölgədə tez-tez baş verən tayfunlar qızdırmanın yayılmasına qarşı mübarizəni çətinləşdirir.