İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında nizamlanma ilə bağlı danışıqlar aparmaq üçün Misirə nümayəndə heyəti göndərib.
Ucnoqta.az xəbər verir ki, danışıqlar Sinay yarımadasındakı Şarm əl-Şeyx şəhərində baş tutacaq, İsrail baş nazirinin ofisi təsdiqləyib.
Ofisin məlumatına görə, danışıqlar qrupuna İsrailin strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək. "Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək", - ofisdən bildirilib.