İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında nizamlanma ilə bağlı danışıqlar aparmaq üçün Misirə nümayəndə heyəti göndərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının ofisi məlumat yayıb.
Qeyd olunub ki, danışıqlar Sinay yarımadasındakı Şarm əl-Şeyx şəhərində baş tutacaq.
"Danışıqlar qrupuna İsrailin strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək. Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək", - məlumatda deyilir.
Qeyd edək ki, danışıqlarda iştirak etmək üçün ABŞ Prezidentinin elçiləri Cared Kuşner və Stiv Uitkoff Misirə gedib. Tərəflər israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi üçün uyğun şəraitin yaradılması, azad olunacaq məhbusların ilkin siyahılarının hazırlanması və dəyişmə prosesinin texniki detalları barədə razılıq əldə etməyə çalışacaqlar.
Eyni zamanda, danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi müzakirə olunacaq.
Bizim.Media