İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında nizamlanma ilə bağlı danışıqlar aparmaq üçün Misirə nümayəndə heyəti göndərəcək.Bu barədə İsrailin hökumət başçısının ofisi məlumat yayıb.
"Danışıqlar Sinay yarımadasındakı Şarm əl-Şeyx şəhərində baş tutacaq.Danışıqlar qrupuna İsrailin strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək. Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək", - məlumatda deyilir.