RU

Netanyahu sabah Qəzza danışıqları üçün Misirə nümayəndə göndərəcək

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında nizamlanma ilə bağlı danışıqlar aparmaq üçün Misirə nümayəndə heyəti göndərəcək.Bu barədə İsrailin hökumət başçısının ofisi məlumat yayıb.

"Danışıqlar Sinay yarımadasındakı Şarm əl-Şeyx şəhərində baş tutacaq.Danışıqlar qrupuna İsrailin strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək. Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək", - məlumatda deyilir.

Избранный
6
3
anews.az

5Источники