EN

ABŞ Kiyevin “Tomaqavk”dan istifadəsinə nəzarət edə bilməyəcəklərindən narahatdır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri son həftələr Kiyevə tədarük ediləcəyi təqdirdə Ukraynanın “Tomaqavk” qanadlı raketlərindən istifadəsinə nəzarət edə biləcəkləri ilə bağlı qeyri-müəyyənliklərindən narahat olduqlarını bildiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna hökumətinə yaxın mənbələrə istinadən “Axios” məlumat yayıb.

Onların sözlərinə görə, Kiyev hələ Trampın NATO ölkələrinin alacağı və pulunu ödəməsi gözlənilən raketlərin tədarükü ilə bağlı qərarından xəbərsizdir.

Oktyabrın 6-da Tramp Kiyevə “Tomaqavk” raketlərinin tədarükü ehtimalını şərh edərkən bildirib ki, o, Ukraynada münaqişənin daha da genişlənməsinə çalışmır. Eyni zamanda, Amerika lideri “Tomaqavk” raketlərinin Kiyevə verilməsi imkanları ilə bağlı faktiki olaraq qərar qəbul etdiyini bildirib, lakin bu qərarın nədən ibarət olduğunu açıqlamayıb.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 2-də Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında xəbərdarlıq edib ki, "Amerika hərbçilərinin birbaşa iştirakı olmadan “Tomaqavk”dan istifadə etmək mümkün deyil; bu, Rusiya ilə ABŞ arasında münasibətlər də daxil olmaqla, eskalasiyanın tamamilə yeni, keyfiyyətcə yeni mərhələsinə keçdiyini qeyd edər".

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
17
icma.az

10Sources