EN

Bakı Beynəlxalq Dəniz Limanı bu ilin 9 ayında yük aşırılmasında rekord göstərici əldə edib

AZCON Holding-in tərkibinə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC-nin struktur bölməsi olan Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə 2025-ci ilin ilk 9 ayı ərzində 6 milyon 108 min ton yük aşırılıb.

Finss.az-ın ADY-yə istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artım deməkdir və son 22 il ərzində əldə olunan ən yüksək nəticədir.

Hesabat dövründə ən böyük artım konteyner aşırılmasında qeydə alınıb; 2025-ci ilin 9 ayı ərzində 77 295 TEU konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,4% çoxdur. Bununla yanaşı, quru yüklərin aşırılmasında 36,7%, təkərli texnikaların aşırılmasında isə 1,3% artım müşahidə olunub.

Bakı Limanının beynəlxalq yükdaşıma marşrutlarındakı rolunun möhkəmlənməsi, tərəfdaşlarla həyata keçirilən effektiv əməkdaşlıq və yeni logistik təşəbbüslər sayəsində bu pozitiv dinamikanın davam edəcəyi və ilin sonuna göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır.

Ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.

Fuad Mədətov
Finss.az

Chosen
4
28
fins.az

10Sources