EN

Avropada meri bıçaqladılar

Hurriyyet.az xəbər verir ki, Almaniyanın Herdeke şəhərinin yeni seçilmiş valisi, 57 yaşlı İris Ştaltser çox sayda bıçaq yarası alıb.

Ştaltserə öz evinin qarşısında hücum ediblər. Zərərçəkmişi oğlu tapıb. Qadın bir neçə kişinin ona hücum etdiyini söyləməyə macal tapıb. "Bild" nəşrinin məlumatına görə, valinin vəziyyəti ağırdır.

Polis hücum faktını təsdiqləyib və axtarış əməliyyatının aparıldığını bəyan edib. Lakin hücum edənlərin kimliyi və səbəbi barəsində açıqlama verilməyib.

Hürr Tərcüman

 

Chosen
110
4
hurriyyet.az

10Sources