AZ

Bir həftə əvvəl bələdiyyə sədri seçilmişdi, bu gün isə bıçaqlandı

Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş bələdiyyə sədri İris Stalzer evində bıçaqlanmış halda tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, Stalzer qarnından və kürəyindən çoxsaylı bıçaq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağırdır.

Hadisədən sonra polis ərazidə genişmiqyaslı əməliyyatlara başlayıb.

Seçilən
99
4
publika.az

10Mənbələr