Almaniyanın Herdeke şəhərinin meri İris Stalzer çox saylı bıçaq zərbələri almış halda tapılıb.
Bildirilib ki, merin həyati təhlükəsi var.
“Bild” qəzetinin məlumatına görə, bir həftə əvvəl vəzifəyə seçilən sosial-demokrat İris Stalzeri oğlu yaralı vəziyyətdə tapıb.
Mer küçədə bir neçə kişi tərəfindən bıçaqlanıb, buna baxmayaraq özünü mənzilə çatdıra bilib.
Hadisənin detalları araşdırılır.