EN

Macar yazıçısı ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

Bakı, 9 oktyabr, AZƏRTAC

2025-ci il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Nobel Komitəsi oktyabrın 9-da Laslo Krasnaxorkainin ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. O, “apokaliptik dəhşətin ortasında belə sənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə” bu mükafata layiq görülüb.

Chosen
23
2
azertag.az

10Sources