EN

Nobel Ədəbiyyat Mükafatı sahibini tapdı

Bu ada 71 yaşlı macar yazıçı Laslo Krasnahorkai layiq görülüb

2025-ci il üçün Nobel Ədəbiyyat Mükafatına 71 yaşlı macar ssenarist və yazıçı Laslo Krasnahorkai layiq görülüb.
Sherg.az xəbər verir ki, komitənin yaydığı açıqlamada 71 yaşlı macar yazıçı “Kafka”dan Tomas Bernharda qədər uzanan və absurdluqla, qrotesk ifratçılıqla xarakterizə olunan Mərkəzi Avropa ənənəsi içərisində yer alan epik bir müəllif” kimi tərif edilib.
1901- 2024-cü illər arasında ümumilikdə 121 nəfərə 117 dəfə təqdim edilən Nobel Ədəbiyyat Mükafatı, ədəbiyyat dünyasının ən nüfuzlu mükafatlarından biri sayılır.
İndiyədək 18 qadın yazıçı Nobel Ədəbiyyat Mükafatını qazanıb. Onlardan birincisi 1909-cu ildə Selma Lagerlöf olub. Sonuncu dəfə isə ötən il Cənubi Koreyalı yazıçı Han Kanq Ədəbiyyat üzrə Nobel Mükafatını qazanan ilk asiyalı qadın və bu mükafatı alan ikinci koreyalı kimi tarixə düşüb.
11 milyon İsveç kronu məbləğində pul mükafatı ilə birlikdə təqdim edilən Ədəbiyyat Nobeli, İsveç Akademiyası tərəfindən verilir.
İllər ərzində bu mükafat təkcə roman müəlliflərinə deyil, həmçinin dramaturqlar, tarixçilər, filosoflar və şairlərə də təqdim olunub. Nobel Komitəsi 2016-cı ildə Bob Dilana mükafat verərək ədəbiyyatın sərhədlərini musiqi və mahnı sözləri sahəsinə qədər genişləndirmişdi.

Chosen
61
17
sherg.az

10Sources