EN

Goranboyda AĞIR QƏZA - 6 qadın xəsarət aldı

Goranboyda  xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Rəhimli kənd sakini, 1989-cu il təvəllüdlü E. Şirinovanın idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.
 

Qəza zamanı rayonun Rəhimli kənd sakini, 1989-cu il təvəllüdlü E. Şirinova, sərnişinlər 1980-ci il təvəllüdlü S. Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y. Məmmədova və 1988-ci il təvəllüdlü A. Haqverdiyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
21
2
bizim.media

10Sources