EN

Onlar BDU nun Prezident təqaüdçüləri oldular ADLAR

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev ötən həftə “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.Sərəncama əsasən, bu il tələbə adını qazanmış 102 nəfərə Prezident təqaüdü veriləcək.Modern.az-ın məlumatına görə, bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən 16-sı Bakı Dövlət Univerisetinin 1-ci kursunda oxuyur. Onların hamısı Hüquq fakültəsinə qəbul olunan gənclərdir.Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.Bu il Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:

Bakı Ali Neft Məktəbi – 36 nəfər

Azərbaycan Tibb Universiteti – 26 nəfər

Bakı Dövlət Universiteti – 16 nəfər

ADA Universiteti – 13 nəfər

Dövlət İdarəçilik Akademiyası – 5 nəfər

Azərbaycan Dövlət İqtisad Universiteti – 4 nəfər

Xüsusi təyinatlı ali təhsil müəssisələri – 1 nəfər

Naxçıvan Dövlət Universiteti – 1 nəfər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
2
modern.az

3Sources