EN

U-21 millimiz Şotlandiyaya qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla -  0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

14 oktyabr

19:00. Azərbaycan (U-21) - Şotlandiya (U-21)

Baş hakim: Sayat Karabayev

“Dalğa Arena”

20:00. Bolqarıstan (U-21) - Çexiya (U-21)

 

"Cebheinfo.az"

Chosen
11
5
cebheinfo.az

10Sources