Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki qarşılaşma baş tutub.
90deqiqe.Az xəbər verir ki, İsrail millisi Ukraynanı 2:0 hesabı ilə məğlub edib. Niderland komandası isə Belçika üzərində 5:0 hesablı qələbəyə sevinib.
Turnirin açılış matçında Azərbaycan yığması Belçikaya 3:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunları oktyabrın 19-da yekunlaşacaq. Bütün qarşılaşmalar “Bayıl Arena”da keçirilir.