AZ

Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub

Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki qarşılaşma baş tutub.

90deqiqe.Az xəbər verir ki, İsrail millisi Ukraynanı 2:0 hesabı ilə məğlub edib. Niderland komandası isə Belçika üzərində 5:0 hesablı qələbəyə sevinib.

Turnirin açılış matçında Azərbaycan yığması Belçikaya 3:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunları oktyabrın 19-da yekunlaşacaq. Bütün qarşılaşmalar “Bayıl Arena”da keçirilir.

Seçilən
1
2
90deqiqe.az

7Mənbələr