AZ

Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub

Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub.

Apasport.az xəbər verir ki, İsrail yığması Ukraynanı 2:0 hesabı ilə üstələyib.

Niderland millisi isə Belçika üzərində böyükhesablı qələbəyə sevinib - 5:0.

Turnirin açılış matçında Azərbaycan yığması Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunlarına oktyabrın 19-da yekun vurulacaq. Qrupun bütün oyunları "Bayıl Arena"da keçirilir.

Ayxan Abbasov: “Kəpəz” bizdən daha istəkli idi”

Azər Bağırov: "Daha güclü olmalıyıq"

Millimiz FIFA reytinqində bir pillə irəliləyib

“Kəpəz” mövsümdə ilk qələbəsini qazandı - YENİLƏNİB

"Şamaxı"nın 2 futbolçusu mükafatlandırılıb

Seçilən
1
5
apasport.az

7Mənbələr