EN

Tovuzda 70 yaşlı qadını avtomobil vurub - FOTO/VİDEO

TOVUZ, 18 oktyabr. TELEQRAF

Hadisə Tovuz şəhər Elməddin Nəsibov küçəsində qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

O təcili tibbi yardım briqadası tərəfindən Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Chosen
68
11
teleqraf.com

10Sources