AZ

Daşkəsəndə avtomobil aşdı - Xəsarət alan var

Daşkəsəndə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü - 1987-ci il təvəllüdlü R.Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
15
3
unikal.az

10Mənbələr