EN

Sahibə Qafarova Ermənistan parlamentinin spikeri ilə görüşəcək

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçiriləcək.

Bu barədə Simonyan sosial şəbəkə hesabında məlumat yayıb.

Vurğulanıb ki, iki ölkə parlamentinin sədrləri arasında görüş oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutacaq.

Onların sonuncu görüşü 2025-ci ilin aprelində Sankt-Peterburqda olub/Report.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
13
mia.az

10Sources