EN

Netanyahu İsrail ordusuna radikallara qarşı sərt addımlar atmağı əmr etdi

BAKI, 19 oktyabr. TELEQRAF

İsrailin Baş Naziri Benyamin Netanyahu ordudan Qaza sektorunda radikallara qarşı “qəti tədbirlər” görməsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl İsrail ordusu Cənubi Qəzza sektorunun Rəfah şəhəri ərazisində radikallara zərbə endirib və onları atəşkəs rejimini “ağır şəkildə pozmaqda” ittiham edib.

"HƏMAS atəşkəsi pozduqdan sonra Baş Nazir Netanyahu Müdafiə Naziri İsrael Kats və təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə məsləhətləşmə aparıb və Qəzza sektorunda terror obyektlərinə qarşı qəti tədbirlər görməyi tapşırıb", - məlmumatda deyilir.

Chosen
100
50
teleqraf.com

10Sources