İsrail Baş naziri Binyamin Netanyahu atəşkəs danışıqlar masasına qayıtmaq istəsə də, Türkiyənin Qəzza üzrə sülh planında yer almasını istəmir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail Türkiyə qoşunlarının beynəlxalq sabitləşdirmə qüvvələrinə daxil edilməməsində israr edəcək.
“Netanyahu Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə sabitləşdirici qüvvələrin yaradılmasına qarşı deyil. O, bu ölkələrin HƏMAS-ın tərksilah olunması və tunellərin dağıdılmasını təmin etmələrini istəyir. Netanyahunun yeganə problemi Türkiyə və türk əsgərlərinin Qəzzada olması ilə bağlıdır”, - qəzet qeyd edib.