AZ

Netanyahu Türkiyənin Qəzzada olmasını istəmir

Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza ilə bağlı sülh planının yenidən nəzərdən keçirilməsinə nail olmağa çalışır. O, atəşkəs danışıqlarına qayıtmağa, eyni zamanda Türkiyənin prosesdəki iştirakını istisna etməyə çalışır.

Bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat verib. Nəşrin yazdığına görə, İsrail lideri yeni razılaşmalar təklif etməyi planlaşdırılır. Həmin təklifdə beynəlxalq sabitlik qüvvələrinin Türkiyə hərbçiləri olmadan formalaşdırılması nəzərdə tutulur.

"Hürriyyet" şərhçisi Abdulkadir Selvi yazıb: "Netanyahu Misirin, Səudiyyə Ərəbistanının və BƏƏ-nin təmsilçilərinin varlığının əleyhinə deyil. O, onların köməyi ilə HƏMAS-ın tərk-silah edilməsinə və yeraltı tunellərin ləğv olunmasına nail olacağına güvənir. Onun üçün yeganə əngəl Türkiyənin missiyada iştirakıdır".

Onun sözlərinə görə, İsrail tərəfi münaqişənin aktiv mərhələsi başa çatdıqdan sonra Qəzza zolağında təhlükəsizlik və asayişin təmin edilməsinə cavabdeh olacaq beynəlxalq qüvvələrə türk qoşunlarının daxil edilməməsində israr etmək niyyətindədir.

Hürr Tərcüman

 

Seçilən
68
50
hurriyyet.az

10Mənbələr