EN

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləriCENEVRƏDƏ GÖRÜŞƏCƏKLƏR

İsveçrədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçiriləcək.

 

Senzor.az Ermənistan KİV-ə istinadən bildirir ki, bu barədə Simonyan sosial şəbəkə hesabında məlumat yayıb.

 

Vurğulanıb ki, iki ölkə parlamentinin sədrləri arasında görüş oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutacaq.

 

Onların sonuncu görüşü 2025-ci ilin aprelində Sankt-Peterburqda olub.

Chosen
8
13
senzor.az

10Sources