Siyəzəndə 35 yaşlı kişini və 6 baş mal-qaranı "tok" vurdu
                    
                         
Siyəzən rayon, Sədan kəndində kişini elekterik cərəyanı vurub.
aia.az xəbər verir ki, kənd ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində 1990-cı il təvəllüdlü Seymur Əhmədovu və ona məxsus 6 baş mal-qaranı elektrik cərəyanı vurub.
Hadisə nəticəsində 6 baş inək tələf olub, S.Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
aia.az 
 
 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
