EN

Ağ Evin şərq hissəsi sökülür

BAKI, 21 oktyabr. TELEQRAF

Ağ Evdə ABŞ Prezident Donald Trampın təşəbbüsü ilə təşkil ediləcək bal zalının (parad zalı) tikinti işlərinə start verilib.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində Ağ Evin şərq qanadının bir hissəsi sökülür. 250 milyon dollarlıq tikinti layihəsi Donald Tramp və bir sıra özəl donorlar tərəfindən maliyyələşdirilir.

Donorlar arasında "Apple", "Microsoft", "Amazon" və "Google" şirkətlərinin nümayəndələri də var.

Qeyd edək ki, , Ağ Evin şərq qanadı 1902-ci ildə inşa edilib və ənənəvi olaraq birinci xanımın fəaliyyət mərkəzi kimi istifadə olunub.

Chosen
99
34
teleqraf.com

10Sources