AZ

Melaniya narahatdır: Tramp Ağ Evi sökür

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evin Şərq Qanadının sökülməsi ilə bağlı narahatlıqlarını gizli şəkildə ifadə edib.

Publika.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat verib.

Nəşrin ABŞ administrasiyasındakı mənbələrinə görə, Melaniya Tramp köməkçilərinə bunun onun layihəsi olmadığını bildirib.

Qeyd edək ki, Ağ Evin Şərq qanadı 1902-ci ildə tikilib və bir neçə dəfə təmir edilib. Ənənəvi olaraq, prezident və onun işçiləri Qərb qanadında fəaliyyət göstərir, Birinci xanım və komandasının ofisləri isə Şərq qanadında yerləşirdi.

Avqust ayında ABŞ Prezidenti Donald Tramp müsahibəsində Ağ Evin 200 milyon dollarlıq genişmiqyaslı təmir planlarını açıqlayıb. Plana əsasən Şərq qanadının yerində bal zalı tikiləcək. Prezidentin sözlərinə görə, layihə "ölkəyə onun hədiyyəsi" olacaq və onun öz vəsaiti, şəxsi ianələri hesabına maliyyələşdiriləcək. Bir neçə gün öncə həmin hissədə aparılan söküntü işləri ilə bağlı görüntülər də yayılıb.

Seçilən
39
3
publika.az

10Mənbələr